Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin iyunun 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-may aylarında AÇQ yataqları üzrə fond 1 mlrd. 801 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 64 mln. ABŞ dolları həcmində gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.06.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 118,869 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.