Bank Of Baku

ARDNF aktivlərini 4% artırıb

ARDNF aktivlərini 4% artırıb
# 20 oktyabr 2014 08:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-economics. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 131,9 mln. manat, büdcə xərcləri isə 8 041,2 mln. manat təşkil edib.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Neft Fondunun 2014-cü ilin doqquz ayı ərzində gəlir və xərclərinə dair məlumatında bildirilir.

 

Məlumata görə, hesabat dövründə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 969,6 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 947,8 mln. manat, tranzit gəlirləri 6,8 mln. manat, bonus ödənişləri 13,3 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat təşkil edib.

 

Ötən 9 ay ərzində fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 mln. manat olub.

 

Hesabat dövrü ərzində ARDNF-nin 2014-cü il büdcəsinin icrası çərçivəsində 7 399,7 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

 

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 254,2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 24,8 mln. manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 47,5 mln. manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 18 mln. manat vəsait yönəldilib. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədi ilə 40 mln. manat, “STAR” neft emalı kompleksinin tikintisi üçün isə 223,5 mln. manat vəsait ayrılıb. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 33,5 mln. manat təşkil edib.

 

2014-cü ilin 9 ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar xərcləri 962,7 mln. manat olub, o cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 3,7 mln. manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar xərcləri 966,4 mln. manat təşkil edib.

 

2014-cü il oktyabrın 1-ə fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 mln. ABŞ dolları) nisbətən 3,98% artaraq 37 305,3 mln. ABŞ dollarına bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR