Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə sahib olduğu şirkətlərin rəsmi şəkildə konsolidasiyası baş tutub.
“APA-Economics”in Türkiyənin Dunya.com xəbər portalına istinadən xəbər verir ki, ARDNŞ-in Türkiyənin İzmir şəhərinin Əliağa vilayətində yerləşən “SOCAR İzmir Petrokimya AŞ” və ARDNŞ-in Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji AŞ rəsmən birləşdiklərini elan ediblər.
“Petkim Petrokimya Holding AŞ”-nin açıqlamasında deyilir ki, şirkətin ortağı olan “SOCAR Turkey Enerji AŞ” ilə “SOCAR Turkey Enerji AŞ'”nin 100% iştirakı və şirkətin 10,32%-nə sahib olan “SOCAR İzmir Petrokimya AŞ”,sentyabrın 22-dən etibarən rəsmən konsolidasiya olunub.