Bank Of Baku

ARDNŞ “Bucharest Forum Energy - 2014” forumunda iştirak edib

ARDNŞ “Bucharest Forum Energy - 2014” forumunda iştirak edib
# 06 iyun 2014 13:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rumıniya paytaxtında “Bucharest Forum Energy - 2014” forumu keçirilib.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ASPEN Rumıniya İnstitutu və Rumıniya İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, “Exxon Mobil”, “Petrom”, “Maldone&Wat” şirkətləri, həmçinin ABŞ-nin German Marshall Fondu, Regional Əməkdaşlıq üzrə Qara Dəniz Fondu və Milli İnkişaf Komitəsinin dəstəyi ilə Rumıniya Parlamentində təşkil olunan və iki gün davam edən forumda Rumıniyanın Baş naziri Viktor Ponta iştirak edib.

 

ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin də qatıldığı enerji forumunda “Avropada Enerji Təhlükəsizliyi üçün Transatlantik əməkdaşlıq”, “Qara dəniz: Neft və qaz perspektivliyi, çağırışlar və potensial təsirlər” mövzuları ətrafında çıxışlar olub, müzakirələr və fikir mübadiləsi aparılıb.

 

Konfransın ikinci günü “Xəzər dənizinin Avropanın enerji bazarındakı əlaqəsi” mövzusunda iclas keçirilib. İclasda Cənub Qaz dəhlizi, TAP və TANAP layihələri diqqət mərkəzində olub, Azərbaycan qazının Avropa bazarlarına nəqlində bu layihələrin əhəmiyyəti qeyd edilib, eləcə də ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğu bir daha vurğulanıb.

 

Qeyd edək ki, iki gün davam edən enerji forumuna Rumıniyada neft-qaz sahəsində çalışan şirkətlərin nümayəndələri də daxil olmaqla 15 ölkədən 200-ə yaxın iştirakçı qatılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR