Bank Of Baku

ARDNŞ bir il ərzində neft hasilatını cüzi artırıb

ARDNŞ bir il ərzində neft hasilatını cüzi artırıb
# 11 iyun 2014 07:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 686,2 min ton neft hasil edilib.

 

APA-Economics”in ARDNŞ-in statistika rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 715,4 min ton, fevralda 651,7, mart ayında isə 741,6 min ton təşkil edib.

 

Bu ilin yanvar-aprel aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 2 794,9 mln. ton neft hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur.

 

Ümumilikdə aprel ayında ölkə üzrə 3 632.5 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,8% çoxdur. Bu ilin yanvar ayında ölkə üzrə 3639,2 min ton, fevralda 3622,5, mart ayında isə 3622,5 min ton neft hasil edilib. Ümumilikdə bu ilin yanvar-aprel aylarında 14 506,7 min ton neft hasil edilib ki, bu da 2013-cü ilin 4 ayı ilə müqayisədə  0,6% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR