Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 481 366 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,66% çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 325 558 ton neft ötürülüb ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 2,46% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il noyabrın 1-ə qədər BTC-yə 259 467 151 ton neft vurulub. Ötən illə müqayisədə bu kəmərlə 29 074 644 ton və ya 12,61% çox neft nəql olunub.
Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 353 558 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.