Bank Of Baku

ARDNŞ bu il ərzində qazma işlərini 17% azaldıb

ARDNŞ bu il ərzində qazma işlərini 17% azaldıb
# 09 oktyabr 2014 11:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9 362 metr qazma işi həyata keçirib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 552 metr və 21,4% azdır. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

 

Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 98 737 metr qazma işi görülüb. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 20 386 metr və ya 17,1% azdır. Bunun da 97 109 metri istismara, 1 628 metri isə kəşfiyyata aid olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR