Bank Of Baku

ARDNŞ dövlət büdcəsinə ödənişlərini 10% artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişlərini 10% artırıb
# 10 iyul 2014 07:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən bu ilin iyun ayında dövlət büdcəsinə 145,651 mln. manat vəsait ödənilib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, 2013-cü ilin iyun ayı ilə müqayisədə 13,015 mln. manat və ya 9,8% çoxdur.

 

Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında büdcəyə 968,309 mln. manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 182,761 mln. manat və ya 23,3% çox olub.

 

Bundan əlavə, bu ilin iyun ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,799 mln. manat vəsait köçürüb. Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 72,237 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR