ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 37,095 mln. manat və ya 27,7% çoxdur.
Ümumiyyətlə, bu ilin yanvar-may aylarında büdcəyə 822,658 mln. manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 169,746 mln. manat və ya 26% çox olub.
Bundan əlavə, bu ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 mln. 164 min manat vəsait köçürüb, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% azdır.