Paşha Bank
Bank Of Baku

ARDNŞ neft-qaz hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

ARDNŞ neft-qaz hasilatı ilə bağlı proqnozlarını açıqlayıb
# 05 iyun 2014 10:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il Azərbaycanda 41,2 mln. ton neft, 28,8 mlrd. kubmetr qaz hasil ediləcək.

 

“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib.

 

Vitse-prezident qeyd edib ki, bilavasitə ARDNŞ üzrə işlənmədə olan yataqlarda 8,4 mln. ton neft, və 7 mlrd. kubmetr qaz hasil edilməsi planlaşdırılır.

 

“Azəri-Çıraq-Günəşli yataqları üzrə 30,6 mln. ton neft, 12,4 mlrd. kubmetr qaz hasil edilməsi nəzərdə tutulub. “Şahdəniz” yatağından isə, 2,3 mln. ton kondensat, 9,4 mlrd. kubmetr qaz hasil edilməsi gözlənilir”, - deyə o qeyd edib.

 

O, ARDNŞ-nin hasil edilməsini planlaşdırdığı neftdən danışarkən bildirib ki, bunun 6,7 mln. tonu emala, 1,65 mln. tonu isə xarici ölkələrə ixrac ediləcək. “2014-cü ildə ARDNŞ hasil etməyi planlaşdırdığı qazın 5,3 mlrd. kubmetrini “Azərenerji”yə verəcək, 1 mlrd. kubmetrini isə Gürcüstana ixrac edəcək”, - deyə R.Qurbanov qeyd edib.

 

“Şahdəniz” yatağından hasil edilməsi planlaşdırılan qazın 2,1 mlrd. kub m. Azərbaycana, 6,4 mlrd. kubmetri Türkiyəyə, 700 mln. kubmetri isə Gürcüstana veriləcək. Azəri-Çıraq-Günəşli yataqlarından hasil ediləcək qazın 2,4 mlrd. kubmetri Azərbaycana, 8,6 mlrd. kubmetri isə lay təzyiqlərinin saxlanılması məqsədi ilə laylara vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR