Bank Of Baku

ARDNŞ Novorossiysk limanından neftin ixracını 40%-dən çox azaldıb

ARDNŞ Novorossiysk limanından neftin ixracını 40%-dən çox azaldıb
# 01 dekabr 2014 14:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin noyabr ayında Novorossiysk limanından 84 802 ton xam neft ixrac edib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,02% azdır.

 

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 932 155 ton xam neft ixrac edilib. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 41,0% azdır.

 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR