Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayı ərzində 2 647 222 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% çoxdur.
Bu həcmin 1 653 451 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 16 929 749 ton təşkil edib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 3% azdır.
Ümumiyyətlə, Bakı=Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri istismara verilən gündən bu il avqust ayının 1-ə qədər Ceyhan limanından 250 073 663 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.