Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev dünya bazarında neftin qiymətinin 90 dollar ətrafında tərəddüd etməsinə münasibət bildirib.
“APA-Economics”in məlumatına görə, R. Abdullayev jurnalistlərə açıqlamasında bu prosesin normal olduğunu və ARDNŞ tərəfindən proqnozlaşdırdığını deyib.
“Bununla bağlı dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulmayıb. Bu proses qısa zaman çərçivəsində baş verir, vəziyyətin necə davam edəcəyini izləyirik”, - deyə o qeyd edib.