Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 577,8 min kubmetr qaz hasil edilib.
“APA-Economics”in ARDNŞ-in statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,29% azdır. Ötən sentyabr ayı ilə müqayisədə isə bu rəqəm 4,73% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 691,5 min kubmetr, fevralda 624,5 min kubmetr, mart ayında 680,8 min kubmetr, apreldə 654,9 min kubmetr, mayda 608,5 min kubmetr, iyun ayında 561,2 min kubmetr, iyul ayında 575,1 min kubmetr, avqust ayında 567,5 min kubmetr, sentyabr ayında isə 551,7 kubmetr qaz təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında ARDNŞ tərəfindən isə ümumilikdə 6 093,5 min kubmetr hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 3,23% çoxdur.
Ümumilikdə oktyabr ayında bütün ölkə üzrə 2 556 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,62% çoxdur.
Bu ilin yanvar ayında ölkə üzrə 2 690 min kubmetr, fevralda 2 393 min kubmetr, mart ayında 2 594 min kubmetr, apreldə 2 622,7 min kubmetr, mayda 2 649 min kubmetr, iyun ayında 2 442 min kubmetr, iyul ayında 2 573,6 min kubmetr, avqust ayında 2 471 min kubmetr, sentyabr ayında isə 2 423,3 min kubmetr təbii qaz hasil edilib.
Ümumilikdə bu ilin yanvar-oktyabr aylarında 25 414,6 min kubmetr qaz hasil edilib ki, bu da 2013-cü ilin 10 ayı ilə müqayisədə 0,42% azdır.