Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8 714 metr qazma işi həyata keçirib.
ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 1 799 metr və ya 26% çoxdur. Bu sahədə görülmüş işlərin 8 515 metri istismara, 199 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 107 451 metr qazma işi görülüb ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 18 587 metr və ya 14,7% azdır.
Bunun da 105 624 metri istismara, 1 827 metri isə kəşfiyyata aid olub.