Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11 389 metr qazma işi həyata keçirib.
ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 1 012 metr və ya 8,1% azdır.
Bu sahədə görülmüş işlərin 11 032 metri istismara, 357 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 118 840 metr qazma işi görülüb. Bu da 2013-cü ilin 11 ayı ilə müqayisədə 19 599 metr və ya 14,1% azdır.
Bunun da 116656 metri istismara, 2184 metri isə kəşfiyyata aid olub.