Bank Of Baku

ARDNŞ Rumıniyada daha bir YDM istifadəyə verib

ARDNŞ Rumıniyada daha bir YDM istifadəyə verib
# 30 avqust 2014 08:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rumıniyanın Ramnicu Valcea şəhərində “SOCAR” brendi altında fəaliyyət göstərən ilk yanacaq doldurma məntəqəsi istifadəyə verilib.

 

Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, geniş ərazini əhatə edən YDM-də Benzin-95 və Dizel Euro-5 tipli yanacaq məhsullarının satışı həyata keçirilir.

 

Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük (TIR) avtonəqliyyat vasitəsinin eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradır.

 

Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 29-a çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR