Bank Of Baku

ARDNŞ Supsa limanından neft ixracını artırıb

ARDNŞ Supsa limanından neft ixracını artırıb
# 01 dekabr 2014 14:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin noyabr ayında Supsa limanından 169 385 ton xam neft ixrac edib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,88% çoxdur.

 

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində Supsa limanından 2 702 891 ton xam neft ixrac edilib. Bu, ötən ilin 11 ayı ilə müqayisədə 8,82% çoxdur.

 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR