Bank Of Baku

ARDNŞ Tatarıstanla neft-qaz sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

ARDNŞ Tatarıstanla neft-qaz sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
# 17 aprel 2014 14:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Tatarıstan Respublikasına (Rusiya Federasiyası) səfər edib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Milli Məclisin üzvü, ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin (İB) Direktorlar Şurasının sədri Muxtar Babayev və digər şəxslərin daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində Tatarıstanın böyük neft-kimya layihəsi olan “Taneko” ASC-də, “Nijnekamskneftexim”, “Tatnefteximinvest-Holdinq” şirkətlərində olub, “Kazan Motorqayırma” İB-da görüşlər keçiriblər.

 

Görüşlərdə ARDNŞ ilə həmin müəssisələr arasında neft-qaz emalı və neft-kimya sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub. “Alabuqa” xüsusi iqtisadi zonası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə buradakı sənaye müəssisələri üçün yaradılan imkanlar barədə geniş məlumat verilib. “YelAZ” İB-da neft-qaz sanayesi üçün istehsal olunan xüsusi texniki qurğular ARDNŞ nümayəndələrinin marağına səbəb olub.

 

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Tatarıstan Baş nazirinin müavini, respublikanın sənaye və ticarət naziri Ravil Zaripov, nazirin birinci müavini Ruslan Kabirov, müavinləri Xamza Baqmanov və İldar Minqaleyevlə görüşüblər.

 

Görüşdə Tatarıstanın neft-qaz və neft-kimya kompleksi, eləcə də maşınqayırma və digər sənaye sahələrini təmsil edən 10-dan çox şirkətin nümayəndələri iştirak edib, şirkətlərin fəaliyyət istiqamətləri ilə bağlı təqdimatlar keçirilib, ARDNŞ ilə əməkdaşlıq imkanları müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR