Bank Of Baku

ARDNŞ və “Rosneft” Rusiyada çətin olan yerlərdə neftin hasilatı ilə bağlı layihələrdə iştirakda maraqlıdır

ARDNŞ və “Rosneft” Rusiyada çətin olan yerlərdə neftin hasilatı ilə bağlı layihələrdə iştirakda maraqlıdır
# 02 iyun 2014 08:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu  APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Rosneft” (Rusiya) şirkəti ilə birgə yaradacağı müəssisə Rusiya ərazisində hasilatın çətin olduğu yerlərdə neft çıxarmaqda maraqlıdır.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, ARDNŞ-ın bu sahədə mütəxəssisləri mövcuddur.

 

Qeyd edək ki, ARDNŞ ilə “Rosneft” arasında Rusiya və Azərbaycanda neft hasil etmək üçün müştərək şirkətin yaradılması barədə müqavilə imzalanıb. Sənədə Azərbaycan tərəfindən R.Abdullayev, Rusiya tərəfindən isə “Rosneft”in prezidenti İqor Seçin qol çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR