Bank Of Baku

ASAN xidmət mərkəzlərində “Azəriqaz”la bağlı 18 mindən çox müraciət öz həllini tapıb

ASAN xidmət mərkəzlərində “Azəriqaz”la bağlı 18 mindən çox müraciət öz həllini tapıb
# 10 fevral 2016 07:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. 2016-cı ilin yanvar ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərinə, eləcə də Gəncə şəhərindəki ASAN xidmət mərkəzinə ümumilikdə 18 346 müraciət daxil olub.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

 

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” İB bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR