Bank Of Baku

Asiya İnkişaf Bankının prezidenti:” “Lukoil Overseas Shah Deniz” şirkətinin ”Şahdəniz-2” layihəsində iştirakı bu layihəyə böyük töhfə verəcək”

Asiya İnkişaf Bankının prezidenti:” “Lukoil Overseas Shah Deniz” şirkətinin ”Şahdəniz-2” layihəsində iştirakı bu layihəyə böyük töhfə verəcək”
# 04 noyabr 2014 16:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. "Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi (”Şahdəniz-2”) çərçivəsində “Lukoil Overseas Shah Deniz” şirkətinin də iştirakı bu layihəyə böyük töhfə verəcək.

 

"APA-Economics"in məlumatına görə, bunu Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao deyib.
 

O bildirib ki, “Lukoil Overseas Shah Deniz” şirkətinin layihədə iştirakını normal qarşılayır.

 

"Layihə işlənib, təqdim olunub. Qeyd edim ki, "Lukoil" şirkətinə heç bir sanksiya tətbiq olunmayıb. Biz bu layihəyə böyük önəm veririk. Hesab edirəm ki, məsələ ilə bağlı monitorinq aparılmalı, həmçinin vəziyyət nəzarətdə saxlanılmalıdır", - deyə T. Nakao qeyd edib.

Xatırladaq ki, "Şahdəniz-2” layihəsinin əlavə maliyyələşdirilməsi üçün AİB “LUKoil Overseas Shah Deniz” şirkətinə 450 mln. ABŞ dolları ayırmağa hazır olduğunu bildirib. Həmin layihə çərçivəsində 20-dən artıq quyunun qazılması, iki özülün tikintisi, sualtı infrastrukturun yaradılması, “Səngəçal” neft terminalının və Cənubi Qafqaz Qaz Kəmərinin genişləndirilməsi nəzərdə tutulur. Bu vəsaitin ümumi həcmindən 250 mln. dollar libor dərəcəsi üzrə, yerdə qalan 200 mln. dollar isə əlavə maliyyələşdirmə sxemi üzrə təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR