Bu gün Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, dekabrın 7-də saat 10:00-dan 17:00-dək “Astara-Qazıməmməd” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar “Şahağacı” qazpaylama stansiyasında qaz təminatı dayandırılacaq.
Təmir müddətində Astara rayonunun Kakalos, Pensər, Şahağacı, Siyəkül, Maşğan, Təngərüd və Şiyəkəran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.