Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində 2 205 834 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 0,415% azdır.
Bu həcmin 880 458 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 18 898 796 ton təşkil edib. Bu da 2014-cü ilin səkkiz ayı ilə müqayisədə 0,71% azdır.
Ümumiyyətlə, BTC istismara verilən gündən bu il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 280 837 886 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.