“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə onlayn konfrans zamanı adının çəkilməsini istəməyən Avropa İttifaqının (Aİ) rəsmisi məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında enerji resurslarının diversifikasiyası Riqada keçiriləcək sammitdə müvafiq sənəddə öz əksini tapacaq.
“Azərbaycanla Avropa İttifaqı arasında neft-qaz sektorunda əməkdaşlığın inkişafı, o cümlədən imkanların genişləndirilməsi üçün yaxın münasibətlər var. Bundan başqa, biz reallaşdırılması nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsini yüksək qiymətləndiririk. Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi üçün imkanlar görürük”, - deyə Aİ rəsmisi qeyd edib.