Bank Of Baku

Avropa komissarı: "TAP - reallıqdır"

Avropa komissarı: "TAP - reallıqdır"
# 17 mart 2015 07:37 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu Madriddə baş tutan və Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) tikintisinə həsr olunan görüş zamanı Energetika məsələləri üzrə Avropa Komissarı Migel Arias Kanyete deyib.

 

“TAP - reallıqdır. Artıq Yunanıstan və İtaliyada ətraf mühitlə bağlı problemlər həll olunub, müvafiq icazələr alınıb... Marşrutların və tədarükçülərin diversifikasiyası yeni yaradılacaq Enerji İttifaqının prioriteti olmalıdır”, - deyə o bildirib.

 

Avropa Komissarı qeyd edib ki, Aİ-nin üzvü olan 28 ölkədən 6-sı tam şəkildə Rusiya qazından asılıdır.

 

Görüş zamanı qeyd olunub ki, Aİ potensial qaz tədarükçüləri olan Əlcəzair, Azərbaycan, Türkmənistan, Türkiyə, o cümlədən Afrika və Yaxın Şərq ölkələri ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

 

“Bununla yanaşı, biz ABŞ və digər ölkələrdən LNG tədarükündə yaranan maneələri də aradan qaldıracağıq”, - deyə M. Kanyete bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR