Bank Of Baku

Azərbaycan avtomobil istehsalını 30%-ə yaxın azaldıb

Azərbaycan avtomobil istehsalını 30%-ə yaxın azaldıb
# 12 iyun 2015 11:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahələrində 108,2 mln. manatlıq məhsul istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 26,7%, nəqliyyat vasitələrinin istehsalı 26,3%, avtomobil və qoşquların istehsalı isə 26,2% azalıb.

 

Belə ki, ötən beş ay ərzində Azərbaycanda 325 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 68,8% azdır. Nəticədə bu ilin iyun ayının 1-nə 330 ədəd hazır məhsul ehtiyatı yaranıb.

 

Ötən beş ay ərzində ölkədə 130 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0% çoxdur.

 

Bundan başqa, ötən aylar ərzində 260 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Nəticədə bu ilin iyun ayının 1-ə 45 ədəd hazır məhsul ehtiyatı yaranıb.

 

Yanvar-may aylarında 451 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 16% azdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR