Bank Of Baku

Azərbaycan avtomobil istehsalını 4,4 dəfə artırıb

Azərbaycan avtomobil istehsalını 4,4 dəfə artırıb
# 21 yanvar 2015 10:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 401,7 mln. manatlıq məhsul istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 10,2% azalma, avtomobil və qoşquların istehsalında 58,2%, nəqliyyat vasitələrinin istehsalında isə 3,4 dəfə artım müşahidə olunub.

 

Belə ki, ötən il Azərbaycanda 1 861 ədəd minik avtomobili istehsal edilib. Bu, 2013-cü illə müqayisədə 4,4 dəfə çoxdur. Nəticədə bu ilin yanvarın 1-nə 304 ədəd hazır məhsul ehtiyatı yaranıb.

 

Bu müddət ərzində ölkədə 284 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2013-cü illə müqayisədə 15,4% artım deməkdir.

 

Ötən il ərzində ölkədə kotan istehsalı 33,4% artaraq 942 ədəd, traktor istehsalı isə 71,2% artaraq 1 265 ədəd təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR