Bank Of Baku

Azərbaycan bir il ərzində elektrik enerjisi istehsalını 2,5% artırıb

Azərbaycan bir il ərzində elektrik enerjisi istehsalını 2,5% artırıb
# 05 may 2014 10:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. Kv/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin analoji dövrün göstəricisi ilə eynidir.

 

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin ötən dörd ayı ərzində isə 8 mlrd. Kv/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2,5% çoxdur.

 

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR