Bank Of Baku

Azərbaycan bir il ərzində elektrik enerjisi ixracını 80%-dən çox artırıb

Azərbaycan bir il ərzində elektrik enerjisi ixracını 80%-dən çox artırıb
# 19 fevral 2015 08:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar ayı üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

 

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında gömrük bəyannamələri əsasında 31 644,38 min ABŞ dolları dəyərində 195 617,37 min kubmetr təbii qaz ixrac olunub.

 

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5% azdır. Məbləğ dəyərində isə bu rəqəm 48,5% azdır.

 

Bu ilin ilk ayı ərzində 943,96 min dollar dəyərində 17 515,18 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 82,8% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 69,2% çoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR