Bank Of Baku

Azərbaycan biznesmenləri Qazaxıstanda keçiriləcək biznes foruma dəvət olunur

Azərbaycan biznesmenləri Qazaxıstanda keçiriləcək biznes foruma dəvət olunur
# 18 mart 2014 13:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Qazaxıstanda «Atyrau Invest-2014» II beynəlxalq biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, forum aprelin 1-3-də Atırau şəhərində baş tutacaq.

 

Eyni zamanda, forum çərçivəsində «Atyrau Oil & Gas-2014», «Atyrau Build-2014» sərgiləri və «Atyrau Oiltech-2014» neft sənayesinə dair texnoloji konfrans keçiriləcək.

 

Azərbaycanlı iş adamları biznes forumda iştirak edə bilərlər. Qeyd olunan tədbirlərdə iştirak etmək üçün maraqlı olan iş adamları Azpromo-ya müraciət edə bilərlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR