Bank Of Baku

Azərbaycan BTC kəməri ilə nəql etdiyi neftin həcmini 5% azaldıb

Azərbaycan BTC kəməri ilə nəql etdiyi neftin həcmini 5% azaldıb
# 09 iyun 2014 13:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 725 177 ton Azərbaycan nefti nəql olunub.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azdır.

 

Bu ilin yanvar-may aylarında bu kəmərlə 12 199 306 ton neft ötürülüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,4% azdır.

 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il iyun ayının 1-ə qədər BTC-yə 247 340 899 ton neft vurulub. Bundan başqa, bu ilin aprel ayında BTC kəməri ilə 456 359 ton Türkmənistan və 140 868 ton Qazaxıstan nefti nəql olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR