Bank Of Baku

Azərbaycan bu il 146 mln. dollarlıq neft məhsulu ixrac edib

Azərbaycan bu il 146 mln. dollarlıq neft məhsulu ixrac edib
# 10 iyul 2017 12:43 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 145 mln. 997,81 min dollar dəyərində 380 min 224,64 ton neft məhsulları ixrac edib.

 

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 497 min 933,44 ton və ya 2,31 dəfə, məbləğ baxımından isə 57 mln. 619,55 min dollar və ya 28,3% azdır.
 

Hesabat dövründə neft məhsulları Azərbaycanın ümumi ixracının 2,77%-ni təşkil edib.


Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 203 mln. 617,36 min dollar dəyərində 878 min 158,08 ton neft məhsulu ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR