Bank Of Baku

Azərbaycan bu il 1,2 mlrd. dollarlıq qaz ixrac edib

Azərbaycan bu il 1,2 mlrd. dollarlıq qaz ixrac edib
# 13 dekabr 2017 08:33 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 1 mlrd. 156 mln. 19,78 min dollar dəyərində 6 mlrd. 894 min 305,42 kubmetr təbii qaz ixrac edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 712 mln. 811,66 min kubmetr və ya 11,53%, məbləğ baxımından isə 230 min 892,05 dollar və ya 24,96% çoxdur. Xatırladaq ki, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 925 mln. 127,73 min dollar dəyərində 6 mlrd. 181 mln. 493,76 min kubmetr təbii qaz ixrac edilib.

 

2017-ci ilin yanvar-noyabr ayları ərzində təbii qazın Azərbaycanın ümumi ixracında payı 9,25% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR