Bank Of Baku

Azərbaycan Türkiyəyə 10 mln. dollarlıq elektrik enerjisi satıb

Azərbaycan Türkiyəyə 10 mln. dollarlıq elektrik enerjisi satıb
# 01 avqust 2017 10:47 (UTC +04:00)

Cari ilin ilk yarısında Türkiyə 43 mln. 471,096 min dollarlıq elektrik enerjisi idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% azdır.

 

"APA-Economics" xəbər verir ki, bu ilin yanvar ayında Türkiyə Yunanıstan, Bolqarıstan və Azərbaycandan 406,466 mln. kVt/saat elektrik enerjisi alıb. Cari ilin 6 ayında Türkiyəyə ən çox elektrik enerjisi satan ölkə isə Bolqarıstandır. Ötən ilin ilk yarısında Türkiyə Yunanıstan, Bolqarıstan, Azərbaycan və Gürcüstandan ümumilikdə 1 mlrd. 883,742 mln. kVt/saat elektrik enerjisi idxal edib.

 

Elektrik enerjisinin ən irihəcmli idxalı yanvar ayının payına düşür. İlin ilk ayında Yunanıstan, Bolqarıstan və Azərbaycandan Türkiyəyə 406,466 mln. kVt/saat elektrik enerjisi ötürülüb ki, buna görə qardaş ölkə 25,88 mln. dollar ödəyib.

 

İlk yarımillikdə Türkiyə Bolqarıstandan idxal etdiyi 456,446 mln. kVt/saat elektrik enerjisinə görə 22 mln. 48,172 min dollar xərcləyib. Azərbaycan isə hesabat dövründə Türkiyəyə 10 mln. 153,581 min dollarlıq 138,905 mln. kVt/saat elektrik enerjisi satıb. Yeri gəlmişkən, ötən ilin ilk yarısı ilə müqayisədə Azərbaycandan Türkiyəyə elektrik enerjisi idxalı 66,525 mln. kVt/saat artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR