Bank Of Baku

Azərbaycan Ceyhan limanından xam neftin ixracını artırıb

Azərbaycan Ceyhan limanından xam neftin ixracını artırıb
# 02 may 2014 14:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin aprel ayında Novorossiysk (Qara dəniz, Rusiya) limanından 84 482 ton xam neft ixrac edib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,9% azdır.

 

Bu müddət ərzində Supsa (Qara dəniz, Gürcüstan) limanından 242 035 ton və ya ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,13% az, Ceyhan (Qara dəniz, Türkiyə) limanından isə 2 086 186 ton və ya 12,2% çox xam neft ixrac edilib.

 

Ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 338 812 ton və ya ötən ilin 4 ayı ilə müqayisədə 40,6% az neft ixrac edilib. Bu müddət ərzində Supsa limanından 1 049 219 ton və ya 0,7% çox, Ceyhan limanından 6 781 159 ton və ya 5,6% çox xam neft ixrac edilib.

 

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR