Bank Of Baku

Ceyhan limanından xam neftin nəqli bir ildə 5% artıb

Ceyhan limanından xam neftin nəqli bir ildə 5% artıb
# 03 noyabr 2014 14:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin oktyabr ayında Ceyhan limanından 1 641 069 ton xam neft ixrac edib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,47% artıb.

 

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində Ceyhan limanından isə 17 276 471 ton xam neft ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 5,02% çoxdur.

 

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR