Bank Of Baku

Azərbaycan dəmir yolu ilə xam neft ixracını 40%-ə yaxın artırıb

Azərbaycan dəmir yolu ilə xam neft ixracını 40%-ə yaxın artırıb
# 19 fevral 2015 10:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar ayı üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

 

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında sayğac göstəriciləri əsasında ümumilikdə 2 861 963,9 min ton xam neft ixrac edib. Bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 3,6% çoxdur.

 

Belə ki, ötən ay Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2 283 322,1 min ton xam neft ixrac edilib ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə 3,1% çoxdur.

 

Yanvarda Supsa boru kəməri ilə bir illə müqayisədə 0,5% az və ya 375 641,5 min ton, Şimal boru kəməri ilə isə 0,13% çox və ya 84 912,0 min ton xam neft ixrac edilib.

 

Ötən ay dəmir yolu nəqliyyatı ilə 118 088.3 min ton xam neft göndərilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 38,3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR