Bank Of Baku

Azərbaycan elektrik enerjisi istehsalını 6% artırıb

Azərbaycan elektrik enerjisi istehsalını 6% artırıb
# 05 dekabr 2013 13:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

 

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu da ötən eyni dövrü ilə müqayisədə 5,8% artıqdır.

 

Bu ilin yanvar-noyabr ayları ərzində isə ölkədə 19,3 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2012-ci ilin analoji 11 aylıq göstəricisi ilə müqayisədə 0,5% çoxdur.

 

Bununla yanaşı, ay ərzində Azərbaycan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsini davam etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR