Bank Of Baku

Azərbaycan elektrik enerjisinin ixracından gəlirlərini 4 dəfədən çox artırıb

Azərbaycan elektrik enerjisinin ixracından gəlirlərini 4 dəfədən çox artırıb
# 12 iyun 2017 09:18 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 16 mln. 805,41 min dollar dəyərində 393 mln. 413,39 min kVt/saat elektrik enerjisi ixrac edib.

 

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) statistika istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-may ayları ilə müqayisədə 302 min 377,54 kVt/saat və ya 4,32 dəfə, məbləğ baxımından isə 12 mln. 772,32 min dollar və ya 4,17 dəfə çoxdur.


Yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracında elektrik enerjisinin payı 0,38% təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında Azərbaycanda 4 mln. 33,09 dollar dəyərində 91 min 035,85 kVt/saat təbii qaz ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR