Bank Of Baku

Azərbaycan enerji istehsalını bir ildə 5% artırıb

Azərbaycan enerji istehsalını bir ildə 5% artırıb
# 06 aprel 2015 10:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında ölkə enerji sistemində 2,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

 

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. Ötən ilin mart ayında Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib

 

Bu ilin I rübü ərzində isə 6,3 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,6% çoxdur. Ötən ilin yanvar-mart ayları ərzində isə 6,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib

 

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR