Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana ümumi dəyəri 28 mln. 665,2 min dollar olan 59 min 333 ton neft və neft məhsulları ixrac edilib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidmətinin açıqladığı hesabatda qeyd edilib.
Rəqəmlərin təhlili göstərir ki, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə həcm baxımından 10 min 209,6 ton və ya 14,68% azdır. Məbləğ baxımından isə bu rəqəm 6 mln. 745,6 min dollar və ya 30,77% çoxdur.
Qeyd edək ki, 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 21 mln. 919,6 min dollar dəyərində 69 min 543,6 ton neft və neft məhsulları ixrac edilib.