Bank Of Baku

Azərbaycan Gürcüstana neft və neft məhsullarının ixracını 30% azaldıb

Azərbaycan Gürcüstana neft və neft məhsullarının ixracını 30% azaldıb
# 19 iyun 2017 12:58 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana ümumi dəyəri 30 mln. 928,3 min dollar olan 64 min 236,2 ton neft və neft məhsulları ixrac edilib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidmətinin açıqladığı hesabatda qeyd edilib.


Rəqəmlərin təhlili göstərir ki, bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə həcm baxımından 27 min 751,2 ton və ya 30,17%, məbləğ baxımından isə 300 dollar və ya 0,001% azdır.

Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 30 mln. 928,6 min dollar dəyərində 91 min 987,4 ton neft və neft məhsulları ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR