Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana ümumi dəyəri 5 mln. 701,9 min ABŞ dolları olan 9 min 678,7 ton neft və neft məhsulları ixrac edilib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidmətinin açıqladığı hesabatda qeyd edilib.
Rəqəmlərin təhlili göstərir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 4 min 425,5 ton və ya 85,19% çoxdur. Məbləğ baxımından isə bu rəqəm 3 mln. 038,9 min dollar və ya 2,14 dəfə çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Azərbaycandan Gürcüstana 2 mln. 663,0 min dollar dəyərində 5 min 226,2 ton neft və neft məhsulları ixrac edilib.