Bank Of Baku

Azərbaycan Gürcüstana neft və neft məhsulları ixracını 17% azaldıb

Azərbaycan Gürcüstana neft və neft məhsulları ixracını 17% azaldıb
# 19 mart 2018 08:38 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana ümumi dəyəri 10 mln. 728,6 min ABŞ dolları olan 18 min 560,2 ton neft və neft məhsulları ixrac edilib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidmətinin açıqladığı hesabatda qeyd edilib.

 

Rəqəmlərin təhlili göstərir ki, bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə həcm baxımından 3 min 889,7 ton və ya 17,33% azdır. Məbləğ baxımından isə bu rəqəm 489,1 min dollar və ya 4,36 dəfə çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 11 mln. 217,7 min dollar dəyərində 22 min 449,9 ton neft və neft məhsulları ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR