Bank Of Baku

Azərbaycan Gürcüstana qaz ixracını 13%-dək artırıb

Azərbaycan Gürcüstana qaz ixracını 13%-dək artırıb
# 19 iyun 2017 12:38 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstana 147 mln. 527,9 min dollar dəyərində 762 min 109,9 kubmetr qaz ixrac edib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

 

2016-cı ilin yanvar-may ayları ilə müqayisədə ixrac edilən qaz həcm baxımından 84 min 313,4 kubmetr və ya 12,44%, məbləğ baxımından isə 25 mln. 644,5 min dollar və ya 21,04% çoxdur.

Qeyd edək ki, ötən ilin analoji dövründə Gürcüstandan Azərbaycana 121 mln. 883,4 min dollar dəyərində 677 min 796,5 kubmetr yanacaq qazı və digər qazlar ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR