Bank Of Baku

Azərbaycan Gürcüstana qaz ixracını 14% artırıb

Azərbaycan Gürcüstana qaz ixracını 14% artırıb
# 19 aprel 2017 12:19 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstana 115 mln. 961,4 min dollar dəyərində 569 min 608,6 kubmetr qaz ixrac edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

 

2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə ixrac edilən qaz həcm baxımından 71 min 884,2 kubmetr və ya 14,44% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə ixrac 22 mln. 922,3 min dollar və ya 24,64% çoxdur.

Qeyd edək ki, ötən ilin birinci rübündə Gürcüstandan Azərbaycana 93 mln. 39,1 min dollar dəyərində 497 min 724,4 kubmetr yanacaq qazı və digər qazları ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR