Bu ilin birinci rübündə Azərbaycan Gürcüstana 603 min 094,8 kubmetr qaz ixrac edib.
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, ixrac olunmuş təbii qazın dəyəri 120 mln. 534,8 min dollar təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana qaz ixracı həcm baxımından 33 min 486,2 kubmetr və ya 5,8% çoxdur.
Məbləğ baxımından isə illik nisbətdə ixrac 4 mln. 573,4 min dollar və ya 3,94% çoxdur.