Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 222 483,7 min dollar dəyərində 1 065 903,0 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.
“APA-Economics”in Gürcüstan Milli Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından da 18,2% artıb.
Bu ilin 10 ayında Gürcüstan Azərbaycandan 200 467,4 min dollar dəyərində 224 655,2 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,13% azdır.
2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 4,4% azalıb.
Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 43,6%-i yanacaq qazı və digər qazlar, 39,3%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 509 360,4 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 3,9% çoxdur.