Bank Of Baku

Azərbaycan Gürcüstana qaz ixracını artırıb

Azərbaycan Gürcüstana qaz ixracını artırıb
# 29 dekabr 2014 08:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 253 121,4 min dollar dəyərində 1 216 306,1 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

 

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından da 15,8% artıb.

 

Bu ilin 11 ayında Gürcüstan Azərbaycandan 218 427,5 min dollar dəyərində 248 743,2 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.

 

2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 6,6% azalıb.

 

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 44,7%-i yanacaq qazı və digər qazlar, 38,6%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

 

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 565 894,7 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 1,8% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR